Siyasət

Xamneyi etirazçıların cəzalandırılması əmrini verdi

19 Noyabr 2022 21:52
Baxış: 1 862

"Bu pisliklərə son qoyulacaq və İran daha güclü yoluna davam edəcək".

Bunu İranın lideri İranın Ali Rəhbəri Seyid Əli Xamenei  müxtəlif şəhərlərdə baş verən etirazlar və silahlı hücumlarla bağlı deyib.

-Ölkədəki hadisələrin düşmənlər tərəfindən təşkil edildiyini əsas gətirən Xamenei, "Son qiyamların əsas təşkilatçıları xalqı meydanlara çıxara bilmədiklərinə görə öz pis əməllərini davam etdirərək dövləti yormağa çalışırlar. Təbii ki, yanılırlar, çünki bu pisliklər xalqı yorur, onlara daha da nifrət edir", - deyib.  

"Bu hadisələr, cinayətlər və dağıntılar insanlar və biznes üçün problemlər yaradır, lakin dövlətə zərər verə bilməyəcək qədər alçaqdır. Bu pisliklərə son qoyulacaq və İran daha güclü yoluna davam edəcək", - deyə o qiymətləndirmə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.