Jerom Lamber Fransa Senatının qətnaməsini biabırçılıq adlandırdı
Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının keçmiş üzvü Jerom Lamber Fransa Senatının qəbul etdiyi qətnaməyə sərt etirazını bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ADA prezidentinin Fransa Senatına ünvanlanan məktubunda bu qətnamənin qəbulu biabırçılıq adlandırılıb.
Məktubda deyilir: "Çərşənbə axşamı, 2022-ci il noyabrın 15-də Senat Konstitusiyanın 34-1-ci maddəsinə əsasən, Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə təklifini qəbul edib.
Fransa senatorları bilməlidirlər ki, beynəlxalq hüquqa əsasən, 1992-ci ildən Azərbaycan ərazilərinin bir hissəsini işğal edən Ermənistandır. Bu məqamı buraxmaq sülh axtarışı yolunda özünü daha diskvalifikasiya edən Fransa Senatı üçün biabırçılıqdır.
Respublika Prezidenti Emmanuel Makron bu yaxınlarda Fransanın 1991-ci il sərhədlərini tanıdığını təsdiqlədi, Azərbaycanın beynəlxalq hüquq baxımından haqlı olduğunu sübut etdi. Təcavüzkarı işğal olunmuş ölkə ilə qarışdırmayın.
Bəs, bu gün Ermənistan nə deməkdir? Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (bu, həm də Belarusu da birləşdirir) çərçivəsində Rusiya ilə müttəfiqlik edən Ermənistan BMT-də Ukraynaya təcavüz və işğalı pisləmək üçün səsvermə zamanı bitərəf qalıb. Deməli, bizim senatorlar bütün bunları bilmirlər? Doğrudanmı onlar Fransada mövcud olan erməni lobbisinə bu dərəcədə yaxındırlar ki, onun əində oyuncaq kimi hərəkət edirlər?
Sülh ancaq həqiqəti dərk etməyin nəticəsi ola bilər. Senatorların səsverməsi bu perspektivi kölgədə qoya bilər, amma xoşbəxtlikdən bu səsvermə həm də onların reallıqla bağlı baxışlarının boşluğunu göstərəcək.
Danışıqlar aparılır və biz onları dəyərləndirməliyik. Digər tərəfdən, biz bəzi erməni ekstremistlərinin qisasçı çıxışlarını rədd etməliyik. Onlar Fransada bizim torpaqlarımızda qurbanlara səbəb olan bir sıra teror aktlarına görə məsuliyyət daşıyan ASALA terror təşkilatını şəksiz dəstəkləyiblər. "Yaddaşı xarab" senatorlar yəqin ki, bunu unudublar.
Sülh yolunu biz unutqanlıqda və yalanda tapmayacağıq. Bu qətnamə tarixə düşməyəcək".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var





