Ukraynanın İsrail əleyhinə olan BMT qətnaməsinin lehinə səs verməsi ilə əlaqədar Kiyevin bu ölkədəki səfiri Yevgeni Korniyçuk İsrail XİN-ə çağırılıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə İsrailin Ukraynadakı səfirliyinin "Facebook" hesabında paylaşım edilib.
Səfirə bildirilib ki, bu münasibət dostluq davranışını əks etdirmir. Söhbət zamanı İsrailin Ukraynanın mövqeyi ilə bağlı narahatlığı səfirin diqqətinə çatdırılıb.
Milli.Az