Siyasət

PA-da ona vəzifə verildi

15 Noyabr 2022 12:42
Baxış: 2 583

"Yüksəliş" müsabiqəsinin qalibi Tural Feyzullayevə Prezident Administrasiyasında vəzifə verilib. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, qurumun Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri təyin olunub. 

Qeyd edək ki, T.Feyzullayev Dövlət İdarəçilik Akademiyasını bitirib, daha sonra təhsilini Fransanın Tuluz Universitetində davam etdirib. O, müxtəlif illərdə  Mərkəzi Bankda, Maliyyə Bazarlarına Nəzarət Palatasında aparıcı vəzifələrdə çalışıb. 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib, 2021-ci ildə birinci "Yüksəliş" müsabiqəsinin qalibi olub. 

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.