Siyasət

Güler Milli ilə danışdı

15 Noyabr 2022 08:43
Baxış: 624

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ilə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli arasında telefon danışığı baş tutub.

Bunu ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü, polkovnik Deyv Batler bildirib.

"ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli bu gün İstanbulda baş verən son terror aktını Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ​​ilə müzakirə edib və ikitərəfli hərbi əlaqələrimizin möhkəmliyini bir daha təsdiqləyib"- deyə, o bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.