Siyasət

ABŞ İran qarşısında Azərbaycanın yanında olacağını bildirib

11 Noyabr 2022 08:09
Baxış: 815

Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın regionda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı səylərimizi davam etdirəcəyik.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.

Jurnalistin İrandan Azərbaycana qarşı artan kəskin ritorikaya ABŞ-ın mövqeyi necə olacaq sualına Prays belə cavab verib:

"İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı müqavimət göstərməyə davam edəcəyik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.