Siyasət

Belçika Ukraynaya 5 milyon avro ayırır

10 Noyabr 2022 21:09
Baxış: 547

Belçika Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Ukraynaya 4,96 milyon avro məbləğində maliyyə yardımı ayırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə BVF-nin baş direktoru Kristalina Georgiyeva Tvitterdə yazıb.

Onun sözlərinə görə, bu vəsait BVF tərəfindən xüsusi yaradılmış və idarə olunan hesaba köçürülüb.

BVF rəhbəri Belçikanı əmin edib ki, bu hesabda yığılan vəsaitlər qrant və ya kreditlər şəklində Ukraynanın maliyyə sabitliyini dəstəkləməyə yönəldiləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.