Ukrayna əsgərləri Xerson vilayətinin Kaxovka şəhərində rus işğalçılarının yerləşdiyi binaya zərbə endirib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, zərbə zamanı binada 200 hərbçi olub:
"Düşmən zərbənin nəticələrini gizlədir, şəhərdə sərt inzibati və polis tədbirləri görülür".
Bundan başqa, Radensk qəsəbəsi yaxınlığında böyük hərbi texnika karvanı da məhv edilib. Düşmənin itkiləri dəqiqləşdirilir.
Milli.Az