Ukrayna ordusu rus əsgərlərin olduğu binanı vurdu

6 Noyabr 2022 23:06

Ukrayna əsgərləri Xerson vilayətinin Kaxovka şəhərində rus işğalçılarının yerləşdiyi binaya zərbə endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, zərbə zamanı binada 200 hərbçi olub:

"Düşmən zərbənin nəticələrini gizlədir, şəhərdə sərt inzibati və polis tədbirləri görülür".

Bundan başqa, Radensk qəsəbəsi yaxınlığında böyük hərbi texnika karvanı da məhv edilib. Düşmənin itkiləri dəqiqləşdirilir.

Milli.Az