Siyasət

Prezident: İndi isə münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır

31 Oktyabr 2022 18:31
Baxış: 1 261

İki il əvvəl üçtərəfli Bəyanat imzalandı və çoxillik münaqişəyə son qoyuldu. İndi isə münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşdə deyib.

Azərbaycanın münasibətlərin normallaşdırılması üçün bu yaxınlarda beş əsas prinsip irəli sürdüyünü xatırladan dövlətimizin başçısı bildirib: "Azərbaycan-Ermənistan münasibətləri bu prinsiplər əsasında normallaşdırılmalıdır. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir. Düşünürəm ki, münasibətlərin normallaşdırılmasına bu əsasda nail olmaq olar".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory