ABŞ-dəki həmyerlilərimiz beynəlxalq təşkilatlara müraciət ediblər
ABŞ-ın müxtəlif ştatlarında yaşayan Azərbaycan icmasının Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlar və İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin bombardman etdiyi Azərbaycan şəhərləri ilə bağlı beynəlxalq ictimaiyyətə müraciətləri davam edir.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, "United Charities for Azerbaijan" Xeyriyyə Fondunun rəhbəri Gündüz Tahirli, diaspor fəalı, "Delicious Food" restoranının sahibi Sevda Tahirli, Amerika Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Lalə Rəhimova və diaspor fəalı Günay Əskərovanın adından "Human Rights Watch", "Freedom House", "Front Line Defenders", "Open Society Foundation" və digər beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərdə bildirilib ki, Azərbaycan əsilli amerikalılar Ermənistanın növbəti hərbi cinayətinin ifşası olan Edilli cinayəti qurbanlarının və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycan şəhərlərinə raket hücumları nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edirlər.
Edillidə aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsus olduğu, Ermənistan tərəfinin indiyədək 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığı, Ermənistanın II Qarabağ müharibəsi zamanı törətdiyi hərbi təcavüz nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olduğu, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, mülki infrastruktura ciddi ziyan dəydiyi nəzərə çatdırılıb.
Ermənistan silahlı qüvvələrinin 30 illik işğal dövründə ölkəmizə və xalqımıza qarşı törətdiyi müharibə cinayətlərini bir daha xatırladan soydaşlarımız bildiriblər ki, rəsmi İrəvan müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətməyə çalışır.
ABŞ azərbaycanlılarının insanlığa və sülhə qarşı törədilmiş bu cinayətləri hiddətlə pislədikləri, beynəlxalq təşkilatların bu qanlı cinayətlərin törədilməsinə susmasının yolverilməz olduğu, diaspor təşkilatlarının çoxsaylı müraciətlərinə baxmayaraq, müharibə canilərinin indiyədək ədalət məhkəməsi qarşısına çıxarılması istiqamətində əməli addım atılmamasından dərin təəssüf hissi keçirdikləri bir daha vurğulanıb.
Azərbaycan əsilli amerikalılar beynəlxalq birlikdən Ermənistanın hərbi cinayətlərinə birdəfəlik son qoyulması, müxtəlif vaxtlarda etnik zəmində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görülməsini tələb ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var





