Siyasət

Qaribaşvili: "Heydər Əliyevə Gürcüstanda dərin ehtiram var"

24 Oktyabr 2022 15:36
Baxış: 849

Gürcüstan Azərbaycan üçün önəmli ölkədir. Eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatında deyib.

Baş nazir qeyd edib ki, bizim həyata keçirdiyimiz layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Orta Dəhliz tarixi layihələrdir. Bu birgə layihələr bundan sonra da davam edəcək və daha da sürətləndiriləcək.

"Sizin atanızın, ölkənizin Ümummilli Liderinin xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda, Tbilisidə olanda demişdi ki, Azərbaycan və gürcü xalqları qonşu olduqları üçün xoşbəxtdirlər. Bizim əcdadlarımız həmin ünsiyyəti yaradıb və bu gün bizim vəzifəmiz ondan ibarətdir ki, əməkdaşlığımızı irəlilədək və gələcək nəsillərə ötürək", - deyə İrakli Qaribaşvili vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.