Siyasət

Prezident: Macarıstan ilə münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur

22 Oktyabr 2022 16:18
Baxış: 561

Dinamik inkişaf edən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi, ticari, enerji, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı faydalı əməkdaşlığımız ilə müşayiət olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin Macarıstanın milli bayramı münasibətilə macar həmkarı xanım Katalin Novaka ünvanlandığı təbrik məktubunda qeyd edilib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: "İnanıram ki, strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi, beynəlxalq strukturlar, xüsusilə də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi istiqamətində səylərimizi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik".

Prezident İlham Əliyev əlamətdar gün münasibətilə həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Macarıstan xalqına isə daim əmin-amanlıq və rifah diləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.