Siyasət

Rusiya nüvə silahı tətbiq etsə, ABŞ nə edəcək? – Generaldan iddia

18 Oktyabr 2022 21:42
Baxış: 901

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) ehtiyatda olan general-mayoru Viktor Yaqun Rusiyanın mümkün nüvə zərbələrinə qarşı ABŞ-ın reaksiyasının necə olacağından danışıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Yaqun NATO-nun nüvə təlimlərinə başlamasının alyansın hər cür ssenariyə hazır olduğunu göstərdiyini deyib.

Eyni zamanda, o hesab edir ki, Rusiyanın heç bir təlimi effektli deyil.

General xatırladıb ki, ABŞ Rusiyanın bu istiqamətdə bütün fəaliyyətini izləyəcəyini açıqlayıb.

Yaqun qeyd edib ki, nüvə başlıqlarını izləmək üçün mexanizmlər var. Ona görə də, taktiki nüvə silahının tətbiqi istiqamətində hər hansı bir aktivlik olarsa, bu, dərhal əvvəlcədən məlum olacaq.

ABŞ və NATO-nun Rusiyanın mümkün adımına reaksiyasına gəldikdə, general deyib:

"Hələlik bunlar sadəcə söz-söhbət formasındadır. Yeganə sənəd Budapeşt Memorandumudur, çünki məhz bu sənəddə Ukraynanın mümkün nüvə təhlükələrindən qorunmasından bəhs olunur".

Yaqun hesab edir ki, Ukraynanı Rusiyanın mümkün nüvə zərbələrindən qorumaq mümkün olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.