Siyasət

ABŞ Cənubi Qafqazda firavan gələcəyin təmin olunmasına sadiqdir - Müvəqqəti işlər vəkili

18 Oktyabr 2022 11:00
Baxış: 449

ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycan xalqını müstəqilliyin bərpası münasibətilə təbrik edib.

Milli.Az xəbər verir ki, təbrikdə deyilir:

"Bu il biz Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra keçən 30 il ərzində biz enerji təhlükəsizliyinin gücləndirilməsi, transmilli təhlükələrlə mübarizə, ikitərəfli ticarət və sərmayələrin inkişafı, habelə fundamental azadlıqların dəstəklənməsi kimi sahələrdə birgə çalışmağa davam edirik. Sözügedən səylərlə yanaşı biz Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda dinc və firavan gələcəyin təmin olunmasına sadiq qalırıq. Birləşmiş Ştatlar adından mən Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm!".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.