Siyasət

Nüvə müharibəsindən necə sağ çıxmaq olar? – Böyük fəlakətə hazırlıq başladı

15 Oktyabr 2022 19:33
Baxış: 1 240

Qərb dövlətləri Rusiyanın Ukraynaya nüvə zərbəsi endirəcəyi ehtimalına qarşı gizli fəaliyyət planı hazırlayırlar. Hökumətlər bu durumda öz ölkələrində xaos və panikanın qarşısını almaq niyyətindədirlər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə İngiltərənin "The Guardian" qəzeti rəsmi mənbələrə istinadən yazır.

"Qərb ölkələri nüvə fəlakəti durumunda insanlara təcili yardım göstərmək və nüvə eskalasiyasından qorxanları sakitləşdirmək planlarını nəzərdən keçirirlər. Mənbəmizin fikrincə, bu, bir sıra mümkün ssenarilər üçün ağıllı planlaşdırmadır. Bununla belə, Qərbdə nüvə böhranı mümkünsüz hesab edilir", - qəzet vurğulayır.

Nəşr əlavə edir ki, nüvə müharibəsindən necə salamat çıxmağa dair ictimai məlumatlandırma kampaniyalarının təşkili də planlaşdırılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.