Siyasət

Şiə imamı İraqda yeni hökuməti qəbul etmir

15 Oktyabr 2022 19:11
Baxış: 722

İraqın ən nüfuzlu din xadimlərindən biri olan şiə imamı Müqtəda əs-Sədrin hərəkatı ölkənin yeni hökumətinin formalaşdırılmasında iştirakdan imtina edib.

Milli.Az modern.az-a istinadın xəbər verir ki, bu barədə imamın ən yaxın silahdaşlarından biri Saleh Məhəmməd əl-İraqiyə istinadla məlumat yayıb.

"Biz əs-Sədr hərəkatının hər hansı bir nümayəndəsinin ölkənin gələcək hökumətinin formalaşdırılmasında iştirakını qəti şəkildə rədd edirik", - deyə əl-İraqi bildirib. Onun sözlərinə görə, ölkənin yeni hökumətinin qeyri-qanuni hərbiləşdirilmiş qruplardan asılı olacağı şübhəsizdir. Gələcək koalisiya hökuməti İraq xalqının istəklərinə cavab verməyəcək, çünki, yeni nazirlər kabinetini formalaşdıracaq qüvvələr xaricdəki himayədarlarının maraqlarına xidmət edir.

Xatırladaq ki, oktyabrın 14-də İraq parlamenti Əbdüllətif Rəşidi ölkənin yeni prezidenti seçib, Məhəmməd əl-Sudanini isə Baş nazir təyin edib və hökuməti formalaşdırmağı ona tapşırıb. Əl-Sudaninin baş nazir postuna namizədliyi şiələrin "Koordinasiya Qüvvələri" alyansı tərəfindən irəli sürülüb.

Ötən ilin payızında parlamentdə digər fraksiyalardan daha çox yer qazanan Əl-Sədr hərəkatı deputat səlahiyyətlərindən imtina edərək parlamentin buraxılmasını və yeni seçkilərin keçirilməsini tələb edib. Əl-Sədr hərəkatına qarşı əsas müxalif qüvvə sabiq baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi "Koordinasiya Qüvvələri" alyansıdır. Parlamentdə əs-Sədrin nümayəndələrinin olmadığı dövrdə İranla sıx əlaqələr saxlayan alyansın namizədi İraqın yeni hökumətini qurmaq üçün mandat alıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.