1988-1992-ci illərdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı 212 iş başlanılıb
Baş Prokurorluq erməni silahlı birləşmələrinin hücumları zamanı I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sayını açıqlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə bildirib ki, Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən "Hərbi əsirlərlə rəftara dair" və "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və "Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair" həmin Konvensiyalara 08 iyun 1977-ci il tarixli 1 №-li əlavə Protokolun müddəalarının kobud surətdə pozulması nəticəsində 1988-1994-cü illərdə 3890 nəfər itkin düşüb.
"Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-sinin əsir-girov götürülməsi barədə məlumatlar mövcuddur.
Əsir və girovluqdan azad edilmiş 1480 nəfər şəxsdən 378-i hərbi qulluqçu, 1102-si mülki şəxs olub. Mülki şəxslərdən isə 224-ü uşaq, 357-si qadın, 225-i qoca olub.
Əsir və girovluqda ölmüş 552 nəfərdən 447-si kişi, 105-i qadın olub.
Erməni tərəfi etiraf etmək istəməsə də Fərrux, Daşaltı və Edillidə aşkar edilmiş əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəxslərə məxsus kütləvi qəbirlər törədilmiş hərbi cinayətlərin birbaşa sübutudur.
17 fevral 2021-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfərə məxsus meyit qalıqları, 28-29 mart 2022-ci il tarixdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkar edilən meyit qalıqları, 23-26.02.2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfər şəxsə aid (biri qadın olmaqla) insan meyit qalıqları, 15-29 sentyabr 2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində baxış zamanı aşkar edilmiş kütləvi məzarlıqdan 18 nəfər şəxsə aid insan meyit qalıqları çıxarılaraq götürülüb.
2014-cü ildən etibarən I Qarabağ müharibəsində itkin düşmüş 3400 şəxsin ailə üzvlərindən Beynəlxalq Qızıl Xaç Komitəsinin mütəxəssisləri tərəfindən 10583 bioloji nümunə toplanılmışdır. 490 nəfər itkin düşmüş şəxsin qohumlarının müəyyən edilərək DNT nümunəsi götürülməsi prosesi davam edir.
Döyüş əməliyyatları ilə bağlı olmayan faktlar üzrə 1988-1992-ci illərdə azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı 212 cinayət işi başlanılıb",- İ.Səfərov bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
-
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
XƏBƏR LENTİ
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
Bakıda güclü yanğın başlayıb - (Video)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
"Şəki Yaylası" istirahət mərkəzində ölənlərin adları bilindi - Yenilənib - (Video)
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
-
İran var gücü ilə özünü müdafiə edəcək





