Kamaləddin Qafarov: “Zəfər yürüşü Lələtəpədən başladı... ”
"II Qarabağ müharibəsinin ən əhəmiyyətli günlərindən biri də 4 oktyabr tarixidir. 2020-ci ilin məhz bu günü, oktyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. Dünyanın hərb tarixində ilk dəfə olaraq müharibənin elə birinci həftəsində şəhər və rayon mərkəzi azad edildi". Bunu mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat Cəbrayılın işğalı dövründə bu rayonda ermənilərin törətdikləri vəhşiliklərdən danışaraq deyib: "Ermənistan ordusu 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində indiyədək misli görünməmiş vəhşiliklər, vandalizm əməlləri törətmişlər. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra böyük dağıntılara məruz qalıb. İşğal zamanı 52000 nəfər əhalisi olan Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğala qədər rayonda mövcud olmuş 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı vəhşicəsinə dağıdılıb. Erməni vandalları işğal etdikləri bütün digər ərazilərdə olduğu kimi, Cəbrayıl şəhərini, eləcə də rayonun kəndlərini dağıtmış, mədəni, tarixi, dini abidələrimizi, qəbiristanlıqları viran qoymuş, ekoloji terror törətmiş və bir çox misli görünməmiş talançılıq və vandalizm aktları həyata keçirmişlər. Yerli sakinlər isə dədə-baba yurdlarından didərgin salınaraq ölkənin 58 rayonunda çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmış, məcburi köçkün statusunda yaşamağa məcbur olmuşlar. İşğal nəticəsində rayona ümumilikdə 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir".
K.Qafarov Cəbrayıl şəhərinin azad olunmasının Vətən müharibəsinin sonrakı gedişinə təsiri baxımından böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Deputat bildirib ki, Cəbrayıl əməliyyatı ordumuzun 44 günlük Zəfər yürüşündə atdığı ilk addım olub: "Cəbrayılın işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə təsir baxımından çox önəmli hadisə idi. Bu tarixi qələbədən düz bir il sonra, 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bu gün bizim tariximizdə əbədi qalacaq. Artlq müharibənin ilk günündə Cəbrayılın iki kəndi - Böyük Mərcanlı və Nüzgar kəndləri erməni işğalçılarından təmizlənmişdi. Oktyabrın 3-də isə Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun daha bir neçə kəndi işğalçılardan azad edildi. Təbii ki, bu qələbələr şanlı ordumuza əlavə güc verdi. Nəhayət, oktyabrın 4-də Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu və bundan sonra o vaxt işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonları istiqqamətində Azərbaycan Ordusunun uğurlu hücumları mümkün oldu".
Millət vəkili qeyd edib ki, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu ilk qələbələrini hələ 2016-cı ildə qazanıb: "Əslində Cəbrayıl uğrunda döyüşlər, faktiki olaraq, Vətən müharibəsindən dörd il əvvəl başlamışdı. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənmiş və Azərbaycan Ordusu Cocuq Mərcanlı kəndini tam nəzarəti altına almışdı. Dövlət başçımızın dediyi kimi, strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra artıqCocuq Mərcanlıya həyatın qayıtması mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Məhz bu qələbə nəticəsində Azərbaycan o vaxt təqribən 9-10 min hektar əraziyə nəzarəti ələ keçirmişdi. Nəhayət, ən önəmli məqamlardan biri də budur ki, Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlarına Böyük Qayıdışı da məhz Cocuq Mərcanlıya qayıdışla başlayıb. Buna görə də 2016-cı ilin Aprel döyüşlərindəki qələbə haqlı olaraq Ordumuzun şanlı tarixi qələbəsi kimi qeyd olunur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
XƏBƏR LENTİ
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər





