Rusiya ordusu Ermənistanın içindədir - Artıq İrəvanın ÇIXIŞ YOLU BAĞLANIB
"Bu gün Ermənistanın xarici siyasətinin gülünc vəziyyətə düşməsinin səbəbi onun işğalçılıq siyasətidir".
Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq şansı yoxdur:
"Ermənistan işğal etdiyi və hazırda nəzarətdə saxladığı əraziləri legitimləşdirə bilmir və ona görə Ermənistanın çox gülünc vəziyyətə düşüb, bu səbəbdən orada siyasi böhran müşahidə edilir.
Mən düşünmürəm, Rusiya imkan verəcək ki, sərhədə beynəlxalq müşahidəçilər yerləşdirilsin. Rusiyanın Ermənistana təzyiq imkanları var, yəni Rusiya bunu açıq şəkildə nümayiş etdirə bilmir. Bu təzyiqlər birbaşa olaraq Azərbaycanın əli ilə həyata keçirilir.
Əgər Ermənistan birmənalı şəkildə beynəlxalq müşahidəçilərin ora gedilməsinə nail olarsa, biz Qarabağda növbəti hərbi əməliyyatı müşahidə edəcəyik və bu hərbi əməliyyatı rusiyalı sülhməramlı qüvvələr ancaq kənardan müşahidə edəcək.
İkinci məsələ ondan ibarətdir ki, Rusiya özü Azərbaycan-Ermənistan şərti sərhəddində KTMT-nin rəhbərliyi altında müşahidəçilər yerləşdirə bilər. Ancaq bu da bir amorf qurum olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Azərbaycan-Ermənistan sərhəddində müşahidəçilər qrupu yerləşdirməsi Azərbaycana qarşı hər hansı bir təzyiqlə sonlana bilməz. Çünki Azərbaycanla Rusiya arasında bu dəqiqə münasibətlərin sabitliyində Rusiya daha çox maraqlıdır. Moskvada Azərbaycanla münasibətlər həm də Türkiyə-Azərbaycan tandemi kimi başa düşülür.
Ortada KTMT-nin müşahidəçilər qrupu yerləşdirilə bilər, bu, daha çox reallığa yaxındır və bu variant əslində Azərbaycan üçün hər hansı təzyiq vasitəsi olmayacaq. Biləsiniz ki, Ermənistanın da KTMT-dən çıxmaq şansı yoxdur. Çünki KTMT əslində Rusiya deməkdir. Ermənistanda yaxşı başa düşürlər ki, nə qazax, nə tacik, nə qırğız, nə belarus əsgərləri gəlib Azərbaycan Ordusu ilə üzbəüz dayanan deyil.
KTMT birbaşa Rusiya deməkdir. Rusiya ordusu onsuz da Ermənistanın içindədir. Ona görə hazırki bu dinamikanın nəticəsi olmayacaq. Onun maksimum nəticəsi, onsuz da Azərbaycan-Ermənistan münasibətlərini heç bir təsir və təzyiq imkanları olmayan KTMT-nin müşahidəçilər qrupunun yerləşdirilməsi ilə nəticələnə bilər. Hazırda beynəlxalq müşahidəçilərin ora gəlməsini təsəvvür edə bilmirəm".
Qeyd edək ki, Fransa Ermənistanın sərhədə beynəlxalq sülhməramlı yerləşdirilməklə bağlı təklifini dəstəkləyib. Fransanın Ermənistan səfiri bildirib ki, bununla bağlı digər ölkələrlə danışıqlar aparılır.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib
-
İsxak Hersoq Prezident İlham Əliyevi təbrik edib
-
Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevi təbrik edib
-
Bir sıra məhkəmələrə sədr təyin edilib
-
Asif Əli Zərdari Prezident İlham Əliyevə təbrik məktubu göndərib
XƏBƏR LENTİ
-
Bakıya şiddətli dolu düşməsinin səbəbi AÇIQLANDI
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO
-
Paytaxta yağan dolunun ölçüsü məlum oldu
-
Bakıda ölkənin ən dəbli uşaqları seçildi – gələcəyin podiumu “Azerbaijan Kids Best Model 2026” - FOTO
-
Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda - VİDEO
-
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib
-
İsxak Hersoq Prezident İlham Əliyevi təbrik edib
-
Ağdaşda maşın piyadanı vurub öldürdü
-
Bakıda güclü dolu metroda sərnişin sıxlığı yaratdı
-
İmtahanda dörd nəfər 300 bal topladı
-
Rauf Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Bu imtahanın nəticələri AÇIQLANDI
-
14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
-
Bu ölkədə uşaq doğmaq qadağan edilir
-
Elm və mədəniyyət sahələrində fəaliyyət göstərən üç nəfərə Dövlət Mükafatı verilib
-
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
-
Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevi təbrik edib
-
“Liverpul” 16 yaşlı ulduz alır
-
Bir sıra məhkəmələrə sədr təyin edilib
-
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
-
Putin onu görmək üçün ağlayan qızı BELƏ QARŞILADI - VİDEO
-
Asif Əli Zərdari Prezident İlham Əliyevə təbrik məktubu göndərib





