Siyasət

Qazaxıstana gedən rusiyalılara sərhəddə çağırış vərəqələri verilir

27 Sentyabr 2022 22:59
Baxış: 1 118

Qazaxıstana gedən bir sıra Rusiya vətəndaşları birbaşa Rusiya-Qazaxıstan sərhədində çağırış vərəqələri almağa başlayıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, artıq sərhəd nəzarəti əməkdaşlarının əlində hərbi xidmətə çağırılan şəxslərin siyahıları var.

"Siyahıdakı şəxs sərhədə gələrsə, o, yaxınlıqdakı hərbi komissarlığın çağırış vərəqəsini verən əməkdaşı əraziyə gələnə qədər saxlanılır", - Çelyabinsk vilayəti hökumətinin mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl, Gürcüstana getmək istəyən rusiyalılara da sərhəddə çağırış vərəqələrinin verilməsinə başlanılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.