Siyasət

ABŞ Anım Günü erməniləri belə pərt etdi – Ağ Ev “valı” dəyişir?

27 Sentyabr 2022 21:32
Baxış: 2 624

"Sentyabrın 27-də Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarını yad edir, həlak olanların və yaralananların ailələrinə başsağlığı verir, onlara dəstəyimiz ifadə edirik. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionuna sülh gətirmək işinə sadiqdir".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin 27 sentyabr Anım Günü ilə bağlı yaydığı bəyanatda deyilir.

Göründüyü kimi, İrəvandakı Amerika rəsmi elçiliyinin açıqlamasında nə "Dağlıq Qarabağ" ifadəsi var, nə də ermənilərin çox sevdiyi üzdəniraq "artsax" sözü və ya "Minsk Qrupu" anlayışı. Mətndə ümumiyyətlə, müharibə Azərbaycan-Ermənistan konflikti kimi təqdim edilir və başsağlığı da hər iki tərəfə verilir. Erməniləri özündən çıxaran da budur.

Qonşu ölkə saytlarının biri bu xüsusda qəzəbli şəkildə yazıb: "Qeyd edək ki, bəyanat Azərbaycanın Dağlıq Qarabağ Respublikasına təcavüzünün 2-ci ildönümünə təsadüf etsə də, orada nə təcavüz qurbanı olan "artsax" barədə bir söz deyilir, nə də Azərbaycan pislənilir".

Maraqlıdır ki, ABŞ-ın Bakıdakı səfirliyi də Anım Günü ilə bağlı bu gün az qala sözbəsöz eyni məzmunlu açıqlama yayıb.

Diplomatik nümayəndəliyin bununla bağlı sosial şəbəkə hesabındakı paylaşımında bildirilir: "27 sentyabrda Ermənistanla Azərbaycan arasında münaqişədə həyatlarını itirənləri yad edir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunda sülhün bərqərar olması istiqamətində işləməyə sadiqdir".

Bəli, bu, məhz Azərbaycan və ona qarşı ərazi iddiasından bu gün də əl çəkməyən Ermənistan arasında münaqişə, müharibə idi, Azərbaycanla hansısa qondarma "artsax" arasında yox! Ermənilər isə yəqin Türk düşməni Nensi Pelosinin İrəvan səfərindən sonra çox ümidli imişlər ki, ABŞ səfirliyi 27 sentyabrda nəinki "artsaxa qarşı təcavüz" ifadəsindən gen-bol istifadə edəcək, üstəgəl, müharibə zamanı guya Azərbaycan tərəfdə "vuruşmuş" Türkiyə və Pakistan ordularını, "minlərlə suriyalı terrorçu"nu lənətləyəcək.

Hər halda, biz Birləşmiş Ştatların İrəvandakı hazırkı səfiri Linn Treysinin zaman-zaman Azərbaycan əleyhinə səsləndirdiyi təxribatçı bəyanatlarına öyrəşmişik. Haylara qəribə gələn də diplomatın indi neytral mövqe sərgiləməsidir.

Görən, Treysiyə nə oldu belə? Bəlkə ABŞ "valı" dəyişib? Axı bu başdan xəstə millət heç cür "həzm edə" bilmir ki, dünyanın ən "məğlubedilməz" erməni ordusu, mifik "artsax ordusu" necə oldu Azərbaycan ordusu qarşısında cəmi 44 günə diz çökdü?!

Ruhları göylərdə dolaşan, özünə qondarma qəhrəmanlıq tarixi, böyük hərbi qələbələr uyduran bu əcaib və unikal məxluqat beləcə, hələ də xəyallar aləmində yaşamağa davam edir, özünün düzüb-qoşduğu nağıllarla, "igidlik" dastanları ilə təsəlli tapır, göydən yerə enmir ki, enmir.

Amma enəcək. Bir şey qalmayıb. Həm də öz havadarları ilə birgə...

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.