Siyasət

Ali Baş Komandan: "Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq"

27 Sentyabr 2022 14:07
Baxış: 1 074

"Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Anım Günü ilə bağlı çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər: "Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.