"İrandakı dinc etirazçılara qarşı zorakılıq qəbuledilməzdir"
Avropa İttifaqı və onun üzv dövlətləri üçün İran hakimiyyətinin Məhsa Əmininin ölümünə etiraz edən qeyri-zorakı nümayişçilərə qarşı geniş və qeyri-mütənasib güc tətbiqi əsassız və qəbuledilməzdir.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin bəyanatında bildirilib.
"Son bir həftə ərzində Məhsa Əmininin əxlaq polisi tərəfindən sui-istifadə edilməsindən və onun həbsdə ölməsindən sonra İranın hər yerində qadın və kişilər toplaşmaq və etiraz etmək üçün fundamental hüquqlarından istifadə ediblər. Xəbərlər göstərir ki, dəfələrlə təmkinli olmaq çağırışlarına baxmayaraq, İran təhlükəsizlik və polis qüvvələrinin nümayişlərə reaksiyası qeyri-mütənasib olub və çoxlu sayda insan itkisi və yaralananlarla nəticələnib. İranın müvafiq səlahiyyətli orqanlarının internetə çıxışını ciddi şəkildə məhdudlaşdırmaq və mesajlaşma platformalarını bloklamaq qərarı ifadə azadlığını açıq şəkildə pozduğu üçün narahatlığa daha bir səbəbdir.
Avropa İttifaqı və onun üzv dövlətləri üçün zorakı olmayan etirazlara qarşı gücdən geniş və qeyri-mütənasib istifadə əsassız və qəbuledilməzdir. Hər yerdə olduğu kimi, İranda da insanların dinc etiraz etmək hüququ var. Bu hüquq bütün hallarda təmin edilməlidir.
Aİ və ona üzv ölkələr İran hakimiyyətini ölkənin qoşulduğu Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda təsbit olunmuş prinsiplərə ciddi şəkildə riayət etməyə çağırır. Buna görə də biz İrandan etiraz aksiyalarına qarşı zorakılıqla basqıları dərhal dayandırmasını və internetə çıxışı, eləcə də məlumatın sərbəst axınını təmin etməsini gözləyirik. Bundan əlavə, İrandan ölənlərin və həbs olunanların sayını dəqiqləşdirməsini, zorakılıq etməyən bütün etirazçıları azad etməyi və bütün məhbuslara lazımi hüquqi prosedurla təmin etməsini gözləyirik. Üstəlik, Məhsa Əmininin qətli lazımi qaydada araşdırılmalı və onun ölümündə sübuta yetirilən hər kəs məsuliyyətə cəlb edilməlidir. Bu baxımdan, İran Prezidentinin bəyanatını nəzərə alırıq.
Avropa İttifaqı Xarici Əlaqələr Şurasının növbəti iclasından əvvəl Məhsa Əmininin öldürülməsi və İran təhlükəsizlik qüvvələrinin nümayişlərə reaksiyası ilə bağlı bütün variantları nəzərdən keçirməyə davam edəcək", - J.Borrelin bəyanatında qeyd olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
XƏBƏR LENTİ
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Qaxda 7 kiloqramdan artıq narkotik aşkarlandı: İki nəfər saxlanıldı
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
-
Prezident İlham Əliyev: Müasir ideoloji işlər aparılmalıdır
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Prezident İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
-
Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
-
Məkkədə bomba həyəcanı - (Video)
-
Məişət zorakılığının qurbanları ilə bağlı yeni məlumat
-
Prezident İlham Əliyev: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
-
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - (Video)
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir





