Siyasət

Oğlunun öldüyünü eşidib özünü asdı, 2 saat sonra oğlundan zəng gəldi - erməni olayı

24 Sentyabr 2022 23:24
Baxış: 2 856

Basarkeçərdəki erməni ailəsi ilə bağlı maraqlı məlumat yayılıb. Oğlunun 13 sentyabrdakı sərhəd döyüşlərində məhv edildiyi barədə xəbəri eşidəndən sonra atası intihar edən erməni hərbçinin sağ olduğu ortaya çıxıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, atasının intiharından sonra hərbçi ailəsinə zəng edib.

Basarkeçər meri Aharon Xaçatryan bildirib ki, ancaq son zəngdən sonra hərbçi ilə əlaqə yenidən kəsilib. Əsgər atası özünü saat 3-4 arasında, döyüşlərin qızğın vaxtında asıb. Oğlu isə 5-7 radələrində evə zəng edərək hər şeyin qaydasında olduğunu bildirib. 2 gün sonra hərbçi yenidən zəng etsə də, bundan sonra əlaqə saxlamayıb. Hazırda oğlan haqqında məlumat yoxdur.

Müqavilə ilə xidmət edən hərbçinin bacısı və qardaşı Rusiyada yaşayır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.