Ermənilər yeni terror hazırlayır - Bu dəfə daha betər olacaq: Düşmənin AĞIR GÜNLƏRİ BAŞLAYIR
"Ermənistan ilə Azərbaycan sərhədləri hələ də delimitasiya olunmayıb. Bu o deməkdir ki, sərhəddin olmadığı yerdə Azərbaycanın onu pozması mümkün deyil.".
Bunu Milli.Az-a açıqlamasında hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, Azərbaycan öz sərhədlərində lazımı təhlükəsizlik tədbirləri görür:
"Ali Baş Komandanımızın da bildirdiyi kimi XIX, XX yüzilliyin əvvəlindəki bütün xəritələr ortaya qoyulacaq. 2020-ci ildə əldə olunmuş Zəfərdən bu tərəfə Ermənistanın ərazilərimizdə törətdiyi cinayətlər, təxribatlar və terror aktları məlumdur. Təbii ki, ard-arda antiterror əməliyyatları keçirildi və gərəkən tədbirlər görüldü. Və ən son sentyabrın 12-dən 13-nə keçən gecə törədilən terror aktının cavabı olaraq Azərbaycan Silahlı Qüvvələri bir sıra strateji əhəmiyyətli əraziləri nəzarəti altına götürüb.
Buna etiraz olaraq dünyanın bir çox ölkəsindən Ermənistana dəstəkləyici mesajlar gəldiyini gördük. Bu bəyanatlarda ən çox ras gəldiyimiz fikirlər isə bunlardır ki, güya Azərbaycan Ermənistan ərazisinə daxil olub. Buna da Ali Baş Komandanımızın cavabı birmənalı olaraq məlumdur ki, əgər Ermənistanla aramızda bir sərhəd varsa, o sərhəddi bizə göstərsinlər. Bu, o deməkdir ki, Azərbaycanın haqq yolunda atdığı hər bir addım doğrudur və Azərbaycan öz sərhədlərində gərəkli təhlükəsizlik tədbirləri görməkdədir.
Təbii ki, buna müvafiq olaraq da Ermənistanı bölgədə daimi dəstəkləyən və onu təyinatı etibarilə bir terror təşkilatı olaraq regiona yerləşdirənlər, xüsusən də Amerika və Fransanın dəstəkləyici bir sıra mesajlar verməsi normaldır. Əgər onlar bu gün Azərbaycan ərazilərində, xüsusən də Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə hər hansı bir təhlükənin gözlənildiyi istiqamətində mesajlar verirlərsə, bu, tamamilə onların problemidir. İstənilən halda Azərbaycan öz ərazi bütövlüyü və təhlükəizliyi adına nə edilməsi gərəkirsə, onu edir və bu, onun haqq işidir".

Qeyd edək ki, Fransa XİN belə bir xəritə paylaşıb və öz vətəndaşlarına Ermənistanda qırmızı rənglə göstərilmiş ərazilərə getməməyi şiddətlə tövsiyə edib. ABŞ tərəfi də oxşar bəyanat yayıb və Qarabağa səfər qadağasını qüvvədə saxlayıb.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
XƏBƏR LENTİ
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir





