Nikaraqua hökuməti CNN televiziyasının ölkədə yayımını dayandırıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, vitse-prezident Rozali Murillo bildiriblər ki, CNN-in ispan dilindəki yayımı ölkənin suverenliyinə ziddir. Bu səbəbdən kanalın ölkədə yayımına icazə verilən televiziyalar siyahısından çıxarılmasına qərar verilib.
CNN kanalı bildirib ki, ispan dilindəki yayım internet üzərindən davam edəcək.
Milli.Az