CNN-in Nikaraquada yayımı dayandırılıb

24 Sentyabr 2022 08:53

Nikaraqua hökuməti CNN televiziyasının ölkədə yayımını dayandırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, vitse-prezident Rozali Murillo bildiriblər ki, CNN-in ispan dilindəki yayımı ölkənin suverenliyinə ziddir. Bu səbəbdən kanalın ölkədə yayımına icazə verilən televiziyalar siyahısından çıxarılmasına qərar verilib.

CNN kanalı bildirib ki, ispan dilindəki yayım internet üzərindən davam edəcək.

Milli.Az