Siyasət

Azərbaycanla İsrail arasında yeni saziş təsdiq ediləcək

23 Sentyabr 2022 15:18
Baxış: 998

Azərbaycanla İsrail arasında hava əlaqəsi ilə bağlı yeni saziş təsdiq ediləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Deputatlar yeni sazişin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

Müzakirələrdən sonra sənəd plenar iclasa tövsiyə edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.