Sülhlə bağlı danışıqlar nə yerdədir? - Ceyhun Bayramovdan açıqlama - VİDEO
"Azərbaycan hər zaman regionda dayanaqlı sülhün təmin olunması üçün davamlı addımlar atır. Azərbaycan bunu danışıqlarda iştirak etməsiylə təsdiq edib. Sülh çağırışı etmək böyük bir siyasi iradə və gələcəyə baxış tələb edir".
Bunu REAL TV-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, iki ilə yaxın müddətdə sülhlə bağlı çağırışlar Azərbaycan tərəfindən gəlib:
"Sülh müqaviləsinin hazırlanması təşəbbüsü cənab Prezident tərəfindən gəlib. Biz bu təşəbbüslərə hər zaman açıq olmuşuq. Son olaraq sentyabrın 19-da mənim Nyu-Yorkda Ermənistanın xarici işlər naziri ilə görüşüm oldu. Bu görüşün bir neçə istiqaməti var idi ki, bununla bağlı Xarici İşlər Nazirliyinin açıqlaması olmuşdu. Atəşkəsin pozulması və baş verənlərə baxmayaraq, biz sülhlə bağlı sadiqliyimizi həmin görüşdə nümayiş etdirdik. Bizim bu təklif ABŞ tərəfindən də yüksək qiymətləndirildi. ABŞ Dövlət Departamentinin də açıqlamasına diqqət yetirsəniz, orada tərəflərə sülhlə bağlı danışıqların davam etdiririlməsiylə bağlı çağırışı var. Hər kəs istəyir ki, gərginlik olmasın".
Ceyhun Bayramov müsahibəsində sentyabrın sonunda Ermənistanın XİN rəhbəri ilə görüşünün olub-olmayacağı ilə bağlı suala da aydınlıq gətirib:
"Görüşün keçirilməsi üçün iki tərəf iştirak etməlidir. Brüsseldə liderlər arasında baş vermiş sonuncu görüşdə əldə olunmuş razılığa əsasən, Azərbaycan tərəfi öz öhdəliklərinə sadiqdir. Bütün baş verənlərə rəğmən, hesab edirik ki, sülh gündəliyini irəli aparmaq lazımdır. Biz bu görüşün keçirilməsinə hazırıq. Bununla bağlı təklifimizi bildirimişik. Görüş baş tutmasa, bu, Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması olacaq. Bundan əlavə indiki mərhələdə nəsə demək çətindir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Azərbaycan - Litva matçı başladı - (Yenilənib)
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı





