İranda hakimiyyət dəyişsə, Tehran və İrəvan BU DÖVLƏTLƏ BİRLƏŞƏCƏK
"Həm İran daxilində, həm ABŞ daxilində, həm də Ermənistanda belə bir üçlü ittifaqa - İran, Amerika, Ermənistan ittifaqına çalışanlar var".
Bunu Milli.Az-a açıqlamasında iqtisadi, siyasi analitik Turab Rzayev deyib.
O bildirib ki, Ermənistan ABŞ-ın bölgədə güclənməsini istəyir:
"Ermənistanda xüsusən də liberallar daha çox dövlətin bu ənənəvi siyasətindən imtina etməyə, Rusiyadan uzaqlaşmağa, Avropa İttifaqı, Qərblə yaxınlaşmağa çağırırlar. Məsələn, ən son elə İranın keçmiş XİN rəhbəri Cavad Zərif açıq şəkildə "Amerika bizə kömək etməlidir, yoxsa bütün İran türkcə danışacaq" kimi talehsiz açıqlaması olmuşdu. Və yaxud da keçmiş Xarici işlər nazirliyinin müşaviri Zöhrəvəndin yenə Azərbaycan əleyhinə, ABŞ-a yaxınlaşmaq lehinə Ermənistana dəstək verən açıqlamaları olmuşdu.
İranın hazırki prezidenti İbrahim Rəisi indi ABŞ-dadır. ABŞ və Avropa ilə İran dəyərlərinin oxşar olduğunu, eyni olduğunu, sadəcə İrandakı konservativ hökümətə görə ayrılıqlar olduğunu iddia edirlər. Eyni zamanda ABŞ-da böyük bir İran lobbisi var. Orada xüsusilə liberal, demokrat çevrələrdə İran sevgisi var. Həmin şəxslər yenə hər vəchlə İranı Rusiyadan ayırıb, Qərbə birləşdirməyə çallışırlar. İstəyirlər ki, hətta Rusiyadan kəsilən təbii qaz və neftin əvəzinə İrandan gələn təbii qaz və neftlə əvəz etsinlər. Amma əlbəttə ki, bunlar sadəcə ehtimallardır.
Ermənistan həm ABŞ-ın bölgədə güclənməsini istəyir, bunun ona yardım edəcəyini fikirləşir, həm də eyni şəkildə İranın bölgədə təsirinin artmasını istəyir. Ancaq indiki dönəmdə bunlar çox da real görünmür. Çünki hələ ABŞ ilə İran arasında həll ediləsi kifayət qədər çox problem var, üstəlik burada bəzi Avropa ölkələri xüsusilə İsrail münasibətlərin heç bir halda düzəlməməsinin lehinə çıxış edir.
Eyni şəkildə İranda da çox güclü Rusiya təsiri var. Burada da mühafizəkarlar Qərbə qarşı Rusiyanın yanındadır. İndiki halda hələ ki İranın Rusiya təsirindən qopub Qərbə yaxınlaşması o qədər də real görünmür. Amma hazırda İran daxilində böyük etiraz aksiyaları, silahlı və silahsız böyük toqquşmalar baş verir. Əgər orada bir nəticə hasil olarsa, İranda hansı şəkildə mühafizəkar sistem çökər, liberallar hakimiyyətə gələrsə, o zaman əllbəttə ki, İranda da biz sözügedən üçlü ittifaqa (ABŞ-İran-Ermənistan İttifaqı) doğru dəyişikliklərin şahidi olacağıq".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
XƏBƏR LENTİ
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)





