“Əgər Türkiyə bunu istəyirsə...” – Rusiyadan şok açıqlama
"Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq istəyirsə, NATO üzvü olmamalıdır".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatındakı (ŞƏT) xüsusi nümayəndəsi Bəxtiyar Hakimov deyib.
Rusiya rəsmisi Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin ŞƏT-ə üzvlüyü ilə bağlı açıqlamasına münasibət bildirib.
Hakimovun sözlərinə görə, Türkiyə uzun müddətdir dialoq tərəfdaşı kimi ŞƏT-in fəaliyyətlərində iştirak edir:
"Müraciət daxil olarsa, diqqətlə müzakirə ediləcək. Hazırda heç bir müraciət almamışıq".
Hakimov onu da deyib ki, Türkiyə ŞƏT-ə üzv olması üçün bir sıra meyarlara cavab verməli, məsələn, NATO üzvü olmamalıdır:
"Yeni üzvlərin qəbulu üçün bir sıra meyarları özündə əks etdirən əsasnaməmiz var. Bu meyarlara Avrasiya regionunda yer almaq, aktiv diplomatik və ticarət-iqtisadi münasibətlərə malik olmaq, ŞƏT-ə üzv dövlətlərlə mədəni əlaqələrə malik olmaq, ŞƏT ölkələri ilə münaqişədə olmamaq, xarici münaqişələrə cəlb edilməmək, BMT Təhlükəsizlik Şurasının sanksiyalarına məruz qalmamaq, həmçinin ŞƏT üzvlərinə qarşı düşmənçilik və ya onlara qarşı fəaliyyət göstərmək və bloklarda yer almamaq daxildir".
Hakimov bildirib ki, Türkiyə Rusiyanı bir nömrəli düşmən elan etmiş NATO-nun üzvüdür. Rusiya rəsmisi qeyd edib ki, Türkiyə ilə ŞƏT-i birləşdirən bütün müsbət cəhətlərlə yanaşı, diqqətlə araşdırılmalı olan amillər də var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
XƏBƏR LENTİ
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir





