Pelosinin İrəvan səfərinin sensasion detalları
Elə siyasətçilər var ki, onları arxayınlıqla "siyasətçi-qarğa"lar adlandırmaq olar. Bu, şübhəsiz ki, ötən gün İrəvana gedən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə də aiddir. Pelosi qarğa kimi Ermənistanda özünü son dərəcə destruktiv aparırdı: iyrənc şəkildə Bakıya, Moskvaya, KTMT-yə tərəf səsini çıxardı, iki Qafqaz xalqının yeni sağalmağa başlayan qanlı yaralarını qoparmağa başladı. Və faktiki olaraq Ermənistandakı radikallara Cənubi Qafqazda yeni müharibəyə başlamaq üçün kart-blanş verdi, Ermənistanın hücum etmək hüququnun olduğunu bəyan etdi.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı politoloq Vitali Arkov deyib.
"Xeyr, xanım Pelosi Ağ Evdəki bəzi insanlar qədər axmaq deyil. Ermənistandakı radikallar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini yenidən işğal etmək arzusundadırlar. Xanım Pelosi də qədim dostu Bayden kimi köhnə antisovetdir və onun qalmaqallı bəyanatları postsovet məkanında təkcə Rusiya deyil, Türkiyə və İranın da istər-istəməz girəcəyi yeni genişmiqyaslı müharibənin qızışdırılmasına yönəlib. Hər üç ölkənin ABŞ-la, yumşaq desək, narahat münasibətləri var. Bu, faktiki hərbi əməliyyatlarla yanaşı, Avrasiyanın mühüm hissəsinin - Hind okeanından Atlantik okeanına qədər - iqtisadiyyatının inkişafı üçün yeni təmələ çevrilən Şimal-Cənub layihəsinin həyata keçirilməsində uzun illər fasiləyə gətirib çıxaracaq. Bu, müəyyən dərəcədə Çinin Yeni İpək Yolu layihəsinin həyata keçirilməsinə də təsir edəcək.
Yəni bu siyasi qarğanın İrəvanda dedikləri ağlını itirmiş qoca demokratın cəfəngiyyatı deyil, Vaşinqtonun real niyyətlərinin mesajıdır.
O ki qaldı rəsmi İrəvanın açıq-aşkar təxribat xarakterli və böyük ölçüdə yalan dolu bəyanatlarına, Ermənistan rəhbərliyində bu təlxəklərin peşəkarlarla, yəni təcrübəli siyasətçilərlə əvəzlənməsinə ciddi ehtiyac var. O siyasətçilər ki, öz fəaliyyətlərində xalqlarının maraqlarını rəhbər tutacaq, ölkənin gələcəyini qonşuları ilə sıx əməkdaşlıqda quracaq, rifah və təhlükəsizlik vəd edən transavrasiya əlaqələrinin formalaşmasında fəal iştirak edəcək. Yəni İlham Əliyevlə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanla eyni cərgədə olmağa çalışacaq siyasətçilər. Təəssüf ki, bu gün Ermənistan rəhbərliyində xarakterik əlamətləri ilə yetkinlik dövründə psixoloji ilişib qalan personajlar görürük. Onlar marionet taleyindən sevinclərini gizlətmirlər və məcburən özlərini və ölkələrini dağıdıcı və çirkin layihələrin həyata keçirilməsi üçün alət kimi təklif edirlər. Ukraynanın timsalında biz bunun sonda nəyə gətirib çıxara biləcəyinin acı nəticələrini görürük", - Arkov bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu





