Ermənilərdən İLGİNC İSTƏK - Qarabağda Kosova ssenarisi təkrarlana bilər?
"ABŞ Konqresinin Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin İrəvana səfəri zamanı İrəvan sakinləri ABŞ-ın Kosova ssenarisini Qarabağa münasibətdə də tətbiq olunması istəyi ilə bağlı şüarlar səsləndirmiş və bannerlər qaldırmışdılar".
Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, ermənilərin Kosova ssenarisi üzrə istəkləri istək olaraq da qalacaq:
"Bu ssenari nədən ibarətdir? Ermənilər niyə Qarabağ üçün Kosova ssenarisini istəyirlər? Kosova planı indi niyə üzə çıxır və Kosova ssenarisinin təkrarlanma ehtimalı və imkanı nə qədərdir? Bu suallara cavab vermək üçün biz SSRİ-nin dağılması və Yuqoslaviyanın siyasi xəritədən silinməsi dövrünə nəzər salmalıyıq. Həmin dövrdə SSRİ artıq çökmüşdü və siyasi, iqtisadi, hərbi mövcudluğunu da aradan qaldırmışdı. Belə olan halda təbii ki, SSRİ-nin müttəfiqləri sırasında yer alan Yuqoslaviyanın dağılması, eləcə də ümumən Kommunist blokuna daxil olan dövlətlərdə də analoji prosesin həyata keçirilməsi müşahidə olunurdu.
Kosovada olan albanlar öz müqəddəratını təyin etmək üçün mübarizəyə qalxdılar və serblərlə toqquşmalar yaşandı. NATO-nun burada seçimi albanlardan yana oldu. Bu, həm də SSRİ-yə qarşı bir həmlə kimi nəzərdən keçirilirdi və NATO həmin dövrdə öz aviasiyasından istifadə etməklə burada hakimliyi öz üzərinə götürdü. Bunun nəticəsində artıq Kosova birtərəfli şəkildə öz müstəqilliyini elan etdi. ABŞ, Aİ və NATO blokuna daxil olan ölkələr Kosovanın müstəqilliyini tanıdıqdan sonra Kosova artıq beynəlxalq münasibətlərin bir subyektinə çevrildi.
Lakin biz görürük ki, burada ikili standartlar özünü göstərir. Bəzən beynəlxalq münasibətlərdə ərazi bütövlüyü prinsipi ən prioritet hesab olunur, digər hallarda isə millətlərin öz müqəddəratını təyin etmək və ərazi bütövlüyü məsələsinə müəyyən "münasibət" də sezilir. Bu, tamamilə qəbulolunmaz bir yanaşmadır və beynəlxalq hüququn fundamental prinsiplərinə də hörmətsizlik kimi qiymətləndirilir.
Bütün dünyada ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prioritet hesab olunmalıdır. BMT Nizamnaməsində, Helsinki yekun aktında da qeyd olunan əsas mahiyyət bundan ibarətdir və separatizmin genişlənməsi bütün dünya üçün böyük fəlakətlərə yol aça bilər. Ona görə də, ərazi bütövlüyü bu gün ən prioritet məsələ kimi nəzərə çarpır.
Biz eyni zamanda nümunə üçün qeyd edə bilərik ki, İspaniyada Kotoloniya bölgəsinin İspaniyadan ayrılması ilə bağlı keçirilən referendumun nəticələrini Avropa İttifaqı qəbul etmədi və İspaniyanın ərazi bütövlüyü də dəstəkləndi. Buna görə də, biz Avropanın daxilində də müəyyən siyasi böhrana və burulğanlara gətirib çıxaran yanaşmaların beşiyindəcə boğulduğunu görürük. Çünki oxşar məsələlər Fransada da, Almaniyada da, Böyük Britaniyada da var və bu proses domino effekti verə bilər və böyük güclər artıq separatizmin öhdəsindən gələ bilməzlər.
Bu, ayrı-seçkiliyə, ekstremizmə, terrorizmə, ksenofobiyaya və digər neqativ ünsürlərə də gətirib çıxara bilər. Ona görə də dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Bunun üçün də ABŞ məhz dövlətlərin suverenliyi kontekstindən yanaşmalıdır və ikili standartlar, qərəzli münasibət burada yolverilməzdir. Düşünürəm ki, Kosova ssenarisi üzrə ermənilərin istəkləri də yalnız istək olaraq qalacaqdır və Amerika-Azərbaycan münasibətlərinə ermənilər nə qədər çalışsalar da kölgə sala bilməyəcəklər".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və İran XİN rəhbərləri telefonla danışdı
-
Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Azərbaycan gələcəyə hesablanmış çoxşaxəli enerji siyasəti həyata keçirir - Sahil Kərimli
-
Ermənistan və ABŞ arasında strateji razılaşma
-
San-Marino mətbuatı Azərbaycandan birbaşa qaz tədarükünün əhəmiyyətini vurğulayıb
XƏBƏR LENTİ
-
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
-
"Bunun üçün 100 min xərcləyirik"
-
Sabah bəzi ərazilərdə qaz kəsiləcək
-
Biləsuvarda ağır qəza - yaralılar var - FOTO
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-dən Azərbaycana ekstradisiya edilib
-
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI
-
Ayxan Abbasov: “Elvin özünə yeni klub tapmalıdır”
-
Aldığı qonorarın yüksək olduğunu deyənlərə cavab verdi
-
Dünyanın ən bahalı futbolçularının reytinqi - SİYAHI
-
Oğluna dördüncü dəfə Laçında toy etdi
-
Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı
-
Azərbaycan və İran XİN rəhbərləri telefonla danışdı
-
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb - VİDEO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub - FOTO
-
Sabah bəzi məktəblərdə tədris distant olacaq - SİYAHI - YENİLƏNİB
-
Ölüm xəbərindən sonra onu bağışladığını açıqladı
-
Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Azərbaycanlı bloqerlər Taylandda qəzaya düşdü - VİDEO
-
Röya Ayxanın toyda bəyin dostu ilə dueti gündəm oldu - VİDEO
-
Azərbaycanda yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atırlar - AÇIQLAMA
-
“Belə insanlarla əlaqəni kəsmək lazımdır”
-
BARZA Collection Tural Möyüfovun ilk fərdi sərgisi olan HÜDUD-u təqdim edir
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
“O görüntülər süni intellektlə yaradılıb” - RƏSMİ





