Siyasət

Almaniya XİN Ukraynaya tank verməyə çağırıb

15 Sentyabr 2022 08:53
Baxış: 701

Almaniya və onun tərəfdaşları Ukraynaya alman Leopard tanklarının tədarükü ilə bağlı qərarı uzun müddət təxirə salmamalıdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Burbok deyib.

Onun sözlərinə görə, müvafiq addımı ancaq birgə razılaşdırmaq olar.

"Bunu yalnız beynəlxalq səviyyədə həll etmək olar. Ukraynanın indi yaşadığı kritik mərhələdə düşünürəm ki, bu qərar uzun müddətə təxirə salınmamalıdır", - deyə Burbok bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.