Siyasət

Ermənipərəst Kolerovdən şok: Bakının yerinə olsaydım...

14 Sentyabr 2022 13:07
Baxış: 3 535

Bakı və ya İrəvanın yerinə olsaydım, nə edərdim? Əgər Bakının yerinə olsaydım, iki addım atardım. Birincisi, 40 min nəfərdən çox olmayan yerli erməni əhalini Zəngəzurdan silah gücünə qovardım. Sonra ikinci mərhələdə isə buranı humanitar nəzarətə götürərdim. Amma mən Bakının və ya İrəvanın yerində deyiləm.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliyi şərh edən Rusiyanın "Reqnum" informasiya agentliyinin baş redaktoru Modest Kolerov Teleqram kanalında yazıb.

"Mən İrəvanın yerinə olsaydım, Ermənistanın sağ qalmasını istərdim. Rusiyaya qoşulardım. Lakin İrəvanın yəqin ki, başqa məqsədi var", - Kolerov yazıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.