Siyasət

Blinken Ursula Fon der Lyayenlə Rusiyaya qarşı tədbirləri müzakirə edib

10 Sentyabr 2022 23:13
Baxış: 595

ABŞ dövlət katibi Entoni Blinken Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayen ilə danışıb, onlar Ukraynaya gələcək dəstəyi və Rusiyaya qarşı tədbirləri müzakirə ediblər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın açıqlamasında deyilir.

Qeyd olunub ki, ABŞ Avropanın enerji təhlükəsizliyinin qorunmasına sadiqdir və tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə məsuliyyət daşıması üçün səylərin əlaqələndirilməsini davam etdirməlidirlər.

Diplomatlar həmçinin, Bosniya və Herseqovinada sabitliyin və təhlükəsizliyin təmin edilməsinin vacibliyinə də diqqət çəkiblər.

Xatırladaq ki, Avropa Birliyi Ukraynaya 9 milyard avroluq yardım paketini təsdiqləsə də, bu günə qədər Kiyev 1 milyard avro yardım alıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.