Siyasət

ABŞ-dan Azərbaycanın 5 erməni hərbçisinin Ermənistana təhvil verməsinə MÜNASİBƏT

9 Sentyabr 2022 08:16
Baxış: 921

ABŞ Dövlət Departamenti Azərbaycanın 5 erməni hərbçisinin Ermənistana təhvil verməsini alqışlayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays "Twitter"də bildirib.

"Biz erməni hərbçilərin evlərinə qayıtması ilə bağlı xəbərləri alqışlayırıq, bu Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət haldır. Ümid edirik ki, qalan bütün saxlanılanlar da tezliklə öz evlərinə qayıdacaqlar və Azərbaycan, Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcək", - deyə mətbuat katibi bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.