Siyasət

Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın tərkibi genişləndi

8 Sentyabr 2022 17:58
Baxış: 550

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamının 1-ci hissəsinə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri" sözlərindən sonra "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti" sözləri əlavə edilir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Türkiyə Respublikası tərəfinə bildiriş göndərəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.