Siyasət

Müharibə Krım və Donbasda başlayıb, orda da başa çatmalıdır - Zelenski

30 Avqust 2022 08:53
Baxış: 970

Bu müharibə Krım və Donbasda başlayıb, orada da Ukrayna ordusunun dövlət sərhədinə çıxması ilə başa çatmalıdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

"2014-cü ildəki faciəvi hadisələri xatırlamaq üçün 29 avqustu anım günü kimi müəyyən etmişik. Bu müharibə Krım və Donbasda başlayıb, orada da Ukrayna ordusunun dövlət sərhədinə çıxması ilə başa çatmalıdır. Ukrayna bu məqsədi heç zaman unutmayıb" - deyə Zelenski qeyd edib.

"Əminəm ki nə baş verdiyini və nəyin uğrunda mübarizə apardığımızı bilirsiniz. Ukrayna öz ərazilərini qaytarır və qaytaracaq - Xarkovu, Luqanskı, Krımı, Xersonu və dəniz akvatoriyasını" - deyə Ukrayna prezidenti vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.