“Duma TV”-də Azərbaycana qarşı təxribat
Rusiya Dövlət Dumasının fəaliyyətini işıqlandıran "Duma TV"-də Azərbaycana qarşı təxribat törədilib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarətində olan Laçın şəhərinin, Sus və Zabux kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması, Azərbaycan ordusunun Laçında yerləşməsi ilə bağlı bəyanatından sonra Duma TV-də "Dağlıq Qarabağda Azərbaycan ordusu yerləşdirilib" başlıqlı hərbi tarixçi, politoloq Nikita Buranovun açıqlaması yayılıb.
Səs yazısı formatında olan açıqlamada əvvəldən axıra qədər anti-Azərbaycan mövqe əks olunub. Belə ki, dırnaqarası "hərbi tarixçi" və "politoloq" N. Buranov Azərbaycanın əzəli torpağı olan Qarabağı hərbi güclə zəbt etdiyini və bundan təəssüfləndiyini bildirib: "Azərbaycan hər zaman öz məqsədini açıq bəyan edib, heç vaxt Qarabağı zəbt etmək məqsədini gizlətməyib. Təəssüflər olsun ki, son hadisələr göstərir və sübut edir ki, Azərbaycan istisnasız olaraq hərbi yolla buna nail olacaq. Onlar istisnasız olaraq bu məsələnin hərbi yolla həllinə ümid edirlər. Hətta orada yerləşdirilən Rusiya sülhməramlıları da kifayət qədər gücə malik deyillər. Bunun səbəbi onların ağır silahlarının olmamasıdır. Gördüyümüz kimi Azərbaycan tərəfi heç bir güzəştə getməyə hazılaşmır, "DQR" üzərində tam nəzarəti ələ keçirməyə çalışır".
Dırnaqarası politoloq biraz da irəli gedərək Qarabağdakı vəziyyəti ermənilərin Birinci Dünya müharibəsindəki düşdükləri vəziyyətə bənzədir, Azərbaycanın Ermənistanın mövcudluğu ilə barışmaq istəmədiyini, Naxçıvana dəhliz istədiyini, Qazaxıstanla razılaşdığını bildirir.
Rusiyalı "tarixçi" bütün bunların "Böyük Turan" ideyasının tərkib hissəsi olduğunu iddia edib. Buranov baş verənlərin ilk növbədə Rusiyanın təhlükəsizliyi çox ciddi çağırış olduğunu söyləyib.
"Politoloq" Ukrayna probleminin olmasına baxmayaraq ölkəsinin xüsusi xidmət strukturlarını Rusiyanın türk regionlarına xüsusi diqqət yetirməyə çağırıb.
Rusiya parlamentinin televiziya kanalında Azərbaycan əleyhinə materialın yayımlanması iki ölkə arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinə ziddir. Erməni diasporu tərəfindən maliyyələşən bu cür dırnaqarası "hərbi tarixçi" və "politoloq"ların Azərbaycanla Rusiya arasındakı mehriban qonşuluq əlaqələrinə zərbə vurmaq istəyi təəccüb doğurmur. Lakin Rusiya dövlətinin idarəçilik qanadlarından biri olan parlamentin-Dumanın televiziya kanalında Rusiya Federasiyasının dövlət mövqeyinə zidd informasiyanın yayılması təəccüb və təəssüf doğurur.
Ona görə də, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin İkinci Qarabağ müharibə və ondan sonrakı dövrdə "Rossiya 1" televiziyasına verdiyi müsahibədən bir sitatı "Duma TV"-nin redaksiya heyətinə xatırlatmaq istəyirik: "Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub. Azərbaycan özünün və bütün dünya ictimaiyyətinin Azərbaycan ərazisi hesab etdiyi torpaqları geri alıb".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
XƏBƏR LENTİ
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
“Aşk-ı Memnu”nun məşhur aktrisası xərçəngə tutuldu
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
Diplomatik korpusun nümayəndələri Füzuliyə çatıblar - (Video/Foto/Yenilənib)
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Avtobus dayanacağında infarkt keçirən şəxsi həyata belə qaytardı - (Video)
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb
-
Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər
-
Dünya bazarında neft bahalaşdı
-
Nadir albinos puma yenidən diqqət mərkəzində – (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)





