Siyasət

ABŞ Lavrova viza vermədi

18 Avqust 2022 08:28
0 Şərh     Baxış: 893

Amerika Birləşmiş Ştatları BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçiriləcək tədbirlərdə iştirak edənlərə vizaların verilməsində xüsusi məsuliyyət daşıdığını başa düşür.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Baş Assambleyasının sentyabrda keçiriləcək növbəti sessiyasında iştirak planlarını şərh edərkən deyib

Prays ABŞ-ın rusiyalı nazirə və onun nümayəndə heyətinin üzvlərinə viza verəcəyini açıq şəkildə təsdiqləməyib.

Həmçinin, mətbuat katibi daha əvvəl viza məsələlərini müzakirə etmək üçün Dövlət Departamentinə səfər etmək niyyətində olduğunu bildirən Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun bəyanatını da şərh etməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.