BMT-nin azərbaycanlı rəsmisindən Əfqanıstanla bağlı xəbərdarlıq
"Əfqanıstanda yoluxucu xəstəliklər sürətlə yayılır".
Milli.Az "Report"a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov deyib.
R.Ələkbərov bildirib ki, ölkə əhalisinin yarıdan çoxu - 35 milyon insan yoxsulluq həddində yaşayır: "Təxminən 23 milyon insan qida çatışmazlığından əziyyət çəkir ki, onların da 2 milyondan çoxu uşaqlardır. Biz əhalinin gələcəyindən ciddi narahatıq. "Taliban" hakimiyyətə qayıtdıqdan sonra təhsil, iş və yaşayış azadlığı əlindən alınan qadınlar getdikcə cəmiyyətdən daha çox kənarda qalırlar. Belə mənfi hallarla mübarizə mexanizmlərinin genişlənməsi və Əfqanıstana yardım fəaliyyətlərinin artırılması zəruridir".
R.Ələkbərov vurğulayıb ki, ölkədə xəstəliklər sürətlə artıb: "Əfqanıstanda yoluxucu xəstəliklər təkcə insanlar arasında deyil, heyvanlar arasında da sürətlə yayılır. Eyni zamanda, Əfqanıstan iqlim dəyişikliyindən əziyyət çəkir. Təbii fəlakətlər, quraqlıq, zəlzələlər yüzlərlə insanın həyatına son verməkdə davam edir.
Biz əfqan xalqının gələcəyinə arxa çevirə bilmərik. Bir il ərzində BMT Əfqanıstanda 12,9 milyon insana humanitar yardım göstərib. Təşkilatın bölgədə olması əfqan xalqının ən böyük dayağıdır.
Keçən ilə dönüb baxanda BMT-nin bölgədəki missiyasının əfqan xalqına verdiyi dəstəklər və səyləri üçün qürur duyuram. Biz bölgədə fəaliyyətimizi bundan sonra da, davam etdirəcəyik. Səhiyyə, qida, təcili sığınacaq və qeyri-ərzaq malları kimi yardımlarımızı davam etdirmək üçün daha çox resursa ehtiyacımız var".
Qeyd edək ki, "Taliban" hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən bir il ötür. Ölkədə aclıqdan tutmuş xroniki yoxsulluğa, həddi-büluğa çatmayanların məcburi evliliyinə, insan orqanlarının və uşaqların satışına qədər gedib çıxan əzabların miqyası gündən-günə artır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
XƏBƏR LENTİ
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama





