Azərbaycan danışıqların imitasiyası ilə bağlı vəziyyətin təkrarlanmasını istəmir - Leyla Abdullayeva
Azərbaycan Ermənistan tərəfdən danışıqların imitasiyası ilə bağlı ikinci Qarabağ müharibəsindən əvvəlki dövrdə uzun illər müşahidə olunan vəziyyətin təkrarlanmasını istəmir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Musulmans en France" internet portalına müsahibəsində deyib.
L.Abdullayeva qeyd edib ki, Ermənistanın işla dövründə Azərbaycan torpaqlara vurduğu dağıntı və ziyanın dərəcəsinə baxmayaraq, Bakı İrəvana münasibətlərin normallaşdırılmasını təklif edib. "Çünki Azərbaycan həmişə bəyan edib ki, Azərbaycanla Ermənistan arasında sülhə mane olan yeganə şey işğal faktıdır. İşğal faktı aradan qaldırıldığı üçün biz Ermənistanla irəliləməyə və münasibətləri normallaşdırmağa hazır olduğumuzu bəyan etmişik. Ona görə də Prezident İlham Əliyev Ermənistanla hərtərəfli sülh sazişi imzalamaq ideyası ilə çıxış edib".
XİN rəsmisi onu da vurğulayıb ki, bu prosesdə hər iki tərəfin siyasi iradəsi mühüm rol oynayır. Azərbaycan sülh sazişi təşəbbüsü irəli sürməklə siyasi iradəyə malik ölkə olduğunu nümayiş etdirdi. Eyni zamanda Azərbaycan bu sülh sazişinin əsaslanmalı olduğu fundamental prinsipləri təklif edib.
"Biz münasibətlərin normallaşması prosesinə ciddi yanaşdığımızı göstəririk", - o deyib.
L.Abdullayeva əlavə edib ki, Azərbaycan danışıqların imitasiya xarakterli olduğu vəziyyətin təkrarlanmasını istəmir.
"İndi açıq şəkildə bildirmək istədiyimiz bir şey var: biz imitasiya danışıqları ilə bağlı vəziyyəti bir daha görmək istəmirik, çünki biz bunu 30 il ərzində görmüşük. Əgər Ermənistan tərəfi son 30 ildə "danışıqların imitasiyası ilə məşğul olmasaydı, o zaman, yəqin ki, ikinci Qarabağ müharibəsi də olmazdı. Biz imitasiya yox, real, konkret nəticələr görmək istərdik. Çünki biz istəyiriksə, regionda sülh bərqərar olsun. Bunun üçün Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməlidir", - L.Abdullayeva qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)





