Siyasət

Ukraynada Rusiyanın ən yaxşı helikopterçisi öldürülüb

9 Avqust 2022 08:32
0 Şərh     Baxış: 876

Ukrayna ordusu Rusiya Hava-Kosmik Qüvvələrinin polkovniki Vasili Kleşenkonu zərərsizləşdirib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

"Rusiya Hava-Kosmik Qüvvələrinin ən yaxşı helikopterçisi polkovnik Kleşşenkonun meyiti vurulmuş Ka-52 hərbi helikopterinin dağıntıları altındadır", - məlumatda deyilir.

Rusiya Müdafiə Nazirliyinin saytında qeyd edilib ki, Kleşşenko ölkə ordusu aviasiyasının uçuş heyətinin döyüş tətbiqi və yenidən hazırlanması üzrə 344-cü mərkəzin rəis müavini olub.

Zərərsizləşdirilən polkovnik həmçinin ötən il mayın 9-da Qırmızı Meydan üzərində helikopterlərin paradına rəhbərlik edib, bunu Rusiya təbliğat mediasındakı müvafiq nəşrlər sübut edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.