Tayvanda, Kosovoda və İran-Əfqanıstan sərhədində yeni müharibə ocaqları...
Beynəlxalq aləmdə 3 gərginlik ocağının eyni vaxtda yaranması diqqəti cəlb edir. ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana gözlənilən səfərilə bağlı Çinlə gərginlik artır. ABŞ və Çinin döyüş təyyarələri, gəmiləri ada ətrafında bir-birinə qarşı əzələ nümayişi həyata keçirirlər.
Milli.Az Bakı xəbər-ə istinadla bildirir ki, Rəsmi Pekin növbəti dəfə Vaşinqtona xəbərdarlıq mesajı ünvanlayıb: "ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana səfər edərsə, çin hərbçiləri seyrçi qalmayacaqlar". Çin Xarici İşlər Nazirliyi bunu sonuncu xəbərdarlıq adlandırıb. Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib ki, statusuna görə ABŞ-ın üçüncü rəsmi şəxsi olan Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvan adasına gəlişi ağır nəticələrə səbəb olacaq. Pekin Vaşinqtona onu da xatırladıb ki, ABŞ Tayvanın müstəqilliyini tanımayacağını illər öncə Pekinə vəd edib. Bununla yanaşı, İran-Əfqanıstan sərhədində atışma baş verib. Tehran Taliban silahlılarının İran sərhədçilərinə atəş açdığını iddia edib. Onsuz da İranla Taliban arasında münasibətlər gərgin idi. Baxmayaraq ki, İran Əfqanıstandakı hakimiyyətlə məsafəli davranır, amma Taliban İran üçün ciddi təhdid mənbəyi hesab olunur. Ən nəhayət, dondurulmuş Kosovo-Serbiya gərginliyi yenidən alovlanır. Serbiyanın Kosovo məsələsində gözlənilmədən sərt mövqedən çıxış etməsi ciddi müzakirələrə səbəb olub.
Maraqlıdır, bütün bunların eyni vaxtda kəskinləşməsi təsadüfdürmü? Sözügedən qarşıdurmalar nə vəd edir?
"Hansısa mərhələdə bunların ciddi toqquşmalara çevrilmə ehtimalı var"
Sözügedən məsələlərə aydınlıq gətirən siyasi ekspert Elşad Həsənov bütün bunlara bir neçə aspektdən yanaşdı: "Rusiyanın bu ilin 24 fevralında Ukraynaya təcavüzündən sonra sanki dünyanın nizamı pozuldu. Dünyada qütbləşmə meylləri artdı. Rusiyaya qarşı ABŞ, Avropa İttifaqı və bəzi digər ölkələr birləşdi. Bir sıra sanksiyaların tətbiq olunmasına start verildi ki, Rusiya işğalçı siyasətindən əl çəksin. Ancaq 161 gündür müharibə davam edir. Ukraynada çoxsaylı yaşayış məntəqələri dağıdılıb, milyonlarla ölkə vətəndaşı qaçqın düşüb. Dinc əhali və hərbçilər arasında ölənlər, yaralananlar artır. Bununla yanaşı, Rusiya tərəfinin də hərbi itkiləri durmadan artır. Bütün çətinliklərə rəğmən, Ukrayna ordusunun avqustun 15-dən sonra əks hücuma keçəcəyi gözlənilir. Biz nəzərə almalıyıq ki, neçə vaxtdır ABŞ Ukraynaya ən müasir artilleriya sistemləri göndərməkdədir. Üstəlik, Ukrayna əsgərlərinə NATO silahlarından istifadə öyrədilir. Digər tərəfdən son vaxtlar ABŞ-Çin münasibətləri gərginləşməkdədir. Tayvanla bağlı tərəflərin sərgilədiyi ritorika, Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfər etməkdə qərarlı olması qarşıdurmaya təkan verir. Vəziyyət o həddə gəlib çatıb ki, Çin hərbi hava qüvvələrini döyüş hazırlığına gətirib. Hətta Pelosinin uçacağı təyyarənin vurulacağı deyilir. ABŞ təyyarədaşıyan gəmiləri isə Çin dənizinə doğru istiqamət alıb. Bütün bunlar o deməkdir ki, tərəflər arasında münaqişə daha da ciddiləşir. Ancaq düşünmürəm ki, bütün bunlar iki nəhəng dövlətin toqquşmasına gətirib çıxaracaq. Baxmayaraq ki, Tayvan məsələsi Çin üçün böyük əhəmiyyət kəsb edir. Çox güman, ABŞ və Çin diplomatik yolla məsələni həll edəcəklər. Kosovodakı qarşıdurmanın da müharibəyə gətirib çıxaracağını düşünmürəm. Baxmayaraq ki, bu kimi qarşıdurmalar Rusiyanın mənafeyinə uyğundur. Çünki bu, Ukrayna müharibəsinə diqqəti azaltmaq məqsədi daşıyır. Lakin NATO və Avropa İttifaqı indiki məqamda buna imkan verməzlər. İran və Əfqanıstan arasında gərginliyin artması da dünya nizamının pozulmasına yönəlik bir addımdır. Əfqanıstandakı Taliban rejimi İrana qarşı aqressiv mövqedən çıxış edir. Üstəlik, Əfqanıstan ictimai rəyində İranın Qarabağ məsələsində ermənilərə qahmar çıxması mənfi qarşılanır. Bütün bunların fonunda, dünyada artan gərginlik yaxşı nəsə vəd etmir. Bu o deməkdir ki, dünyada ciddi qarşıdurmalar üçün potensial münaqişə ocaqları formalaşır. Hansısa mərhələdə bunların ciddi toqquşmalara çevrilmə ehtimalı var. Ona görə də dünyanın böyük dövlətləri arasında ciddi dialoqun aparılması vacib görünür".
Bir sözlə, siyasi ekspert münaqişə ocaqlarının tezliklə toqquşmalara gətirib çıxaracağını düşünmür.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)





