Siyasət

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyətlər verildi

2 Avqust 2022 15:30
Baxış: 1 328

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyətlər verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi bundan sonra sitrus meyvələri, çay və çəltik istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin istifadəsindəki və ya onların istifadəsinə veriləcək yeni torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını da təmin etməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.