İrəvan bu silahları alır: hədəfi nədir?
Ermənistan qarşısına silahlanma proqramı qoyub - yəni yenidən öz ordusunu silahlandırmağa hazırlaşır.
Bu fikirləri Azərbayvan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, hərbi ekspert Azad İsazədə yerli mediaya açıqlamasında deyib.
"İrəvan kosmosa sputnik buraxır. Bu sputnikin Ermənistan sərhədlərinə nəzarətdə kömək olacağı vurğulanır. Sonra isə Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları Hindistana yola düşür. Bu ölkə Ermənistana yeni nəsl dronlarını sata biləcəyini bildirir. Bu barədə Hindistan mediası yazıb.
Bəs görəsən İrəvan nə etməyə çalışır?
44 günlük müharibədəki taktikamızı yada salaq - görünür, ermənilər Azərbaycanın təcrübəsini tətbiq edirlər. Qarabağ uğrunda gedən döyüşlərdə bizim dronlar sputnikimizlə vəhdət halında çalışırdı. Bu taktika ermənilərin hərbi gücünü 44 günə yox etdi. Hazırda onlar yenidən ordu yaratmağa, silahlanmağa çalışır.
Biz anlamalıyıq ki, hətta sülh sazişi imzalanarsa, hətta dövlətlərimiz arasında sərhədlərin demarkasiyası baş versə belə, gələcəkdə Ermənistanın Azərbaycana qarşı işğal planlarına yenidən qayıtmayacağına zəmanət yoxdur.
Ermənistanda hərbi quruculuq cəhdlərini daim izləmək lazım gələcək və müvafiq olaraq, bu ölkənin silahlı qüvvələrində hər hansı istiqamət inkişaf etdikdə, biz hərəkətə keçməliyik", - deyə o qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-dən Azərbaycana qırıcı təyyarə satışına dair çağırış
-
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb (Foto)
-
Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb (Foto)
-
Prezident İlham Əliyev gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
-
Azərbaycan Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır - Ceyhun Bayramov
-
Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov
XƏBƏR LENTİ
-
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir"
-
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
-
Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın
-
Xalq artistimizin arxiv fotoları yayıldı: Rafet El Romanla 2001-ci ildə... - (Foto)
-
Gəncədə ağır qəza - Yaralı var (Foto)
-
Meksikada 7,4 ballıq zəlzələ olub - Yenilənib
-
ABŞ İrana qarşı yeni zərbələrə başlayıb
-
FİFA kütləvi etirazlardan sonra qərar dəyişdirdi
-
"İstirahət burnumuzdan gəldi"
-
Beşiktaş Salahla razılaşdı - Müqavilənin təfərrüatı
-
"Ərinizin subay dostlarını evinizə buraxmayın"
-
Günün qoroskopu: Dürüstlük səni yüngülləşdirəcək
-
Bakıda yağış yağacaq, şimşək çaxacaq
-
Albalı tumlarını çıxarmağın ən praktik yolu
-
ABŞ-dən Azərbaycana qırıcı təyyarə satışına dair çağırış
-
Naxçıvanda ağır qəza: Xəsarət alanlar var (Video)
-
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi
-
Fedorovun vəzifədən göndərilməsinin səbəbi bəlli oldu
-
Əkbər Əlizadənin qızı birinci yerə çıxdı
-
İlqar Əkbərov vəfat etdi
-
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
-
Hərbçi həlak oldu
-
Nəriman Axundzadə görünüşünü dəyişdirdi - (Foto)
-
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb (Foto)





