Siyasət

“Azərbaycan, Gürcüstan və Türkiyə birlikdə mühüm layihələr həyata keçirirlər”

28 İyul 2022 19:53
0 Şərh     Baxış: 849

"Azərbaycan, Gürcüstan və Türkiyə birlikdə mühüm layihələr həyata keçirirlər".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda gürcü həmkarı İlia Darçiaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Çavuşoğlu bildirib ki, buraya Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi layihələr daxildir.

"Birlikdə Bakı-Tbilisi-Qars dəmir yolundan daha səmərəli istifadə etmək istəyirik. Mərkəzi dəhlizlə əlaqədar Azərbaycan, Türkiyə və Gürcüstanın coğrafi baxımdan əhəmiyyəti getdikcə artır. Enerji təhlükəsizliyi və logistika istiqamətində birgə fəaliyyətimiz əhəmiyyətlidir".

Region ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair ümumi məlumat verən nazir qeyd edib ki, məqsəd Cənubi Qafqazda davamlı sülhə nail olmaqdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.