Medianın etibarlı struktura çevrilməsi üçün əlimizdən gələni etməliyik - “Əl-Cəzirə”nin meneceri
Biz mümkün olan hər şeyi etməliyik ki, media etibar edilən struktura çevrilsin.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Şuşada keçirilən Beynəlxalq Media Forumunda Əl-Cəzirə Media İnstitutunun təlim meneceri Məhəmməd Talal Əbdülkərim deyib.
"Bununla bağlı bizim hamımızın üzərinə məsuliyyət düşür. Jurnalistlər tarix yazanlardır. Mən Bakıda olarkən muzeydə son 150 ildə çap olunmuş Azərbaycan qəzetlərini görə bildim. Onların bu günə qədər gəlib çatmasının əsas səbəbi odur ki, onlar etibarlı və oxunaqlıdır", Məhəmməd Talal Əbdülkərim deyib.
Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda beynəlxalq media forumu işə başlayıb.
Tədbir çərçivəsində "Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar", "Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mətbuatında Şuşa izi" və "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" adlı panel iclasları keçiriləcək.
Forumda Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmilər şəxslər, həmçinin xarici media təmsilçiləri iştirak edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
XƏBƏR LENTİ
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)





